"Barselona" Yumtitidən qurtulur - Yeni klubu açıqlandı

"Barselona" Yumtitidən qurtulur - Yeni klubu açıqlandı

"Barselona"nın müdafiəçisi Samuel Yumtiti karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 28 yaşlı fransalı "Leççe"yə keçəcək. Onun sözügedən İtaliya təmsilçisi ilə müqavilənin detallarını razılaşdırdığı vurğulanıb. Mənbə Yumtitinin maaşının hamısını "Barselona"nın ödəyəcəyini, lakin Kataloniya klubunun müxtəlif bonuslar şəklində bu keçiddən pul qazana biləcəyini açıqlayıb.

Qeyd edək ki, daha öncə baş məşqçi Xavinin Yumtitiyə özünə klub tapmağı tapşırdığı barədə informasiyalar yayılmışdı.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər