"Barselona" yeni titul sponsoru axtarışındadır.
Fanat.Az xəbər verir ki, 2017-ci ildə Yaponiya şirkəti "Rakuten"lə 4 illik müqavilə bağlayan Kataloniya klubu hazırda yeni təklifləri nəzərdən keçirir.
Hər il üçün "Rakuten"dən 55 milyon avro alan "Barselona"nın idarəçiləri daha sərfəli şərtlər fonunda yeni tərəfdaş istəyir. İspaniya nəhənginin iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu mövcud vəziyyəti belə şərh edib:
"Biz pandemiyayaqədərki qiymətləri əsas götürmüşük. Daha çox məbləği hədəfləməliyik. Kim öz brendinin adının "Barselona"nın formasında olmasını istəyirsə, haqqını ödəməlidir. Bu, bizim klubdakı işlərimizin qaydasına düşməsi üçün çox önəmlidir".
Qeyd edək ki, "Rakuten"lə imzalanan müqavilədə illik ödənişdən başqa, bonuslar da nəzərdə tutulmuşdu. Anlaşmaya görə Yaponiya şirkəti komanda İspaniya Primyerasının qalibi olacağı halda, qarşı tərəfə daha 1,5, Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıracağı təqdirdə, daha 5 milyon avro ödəməliydi.
Nihat