“Barselona” heyətinə yeni qapıçı qatmağı hədəfləyir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Rayo Valyekano”nun 28 yaşlı qolkiperi Stole Dmitrievskini transfer etmək istəyir. Mənbə “Barselona”nın artıq şimali makedoniyalı "çərçivə" qoruyucusu ilə razılığa gəldiyini açıqlayıb. Qolkiperin keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Ölkəsinin millisinə də çağırılan Dimitrievski bu mövsüm La Liqada 18 oyuna çıxaraq 14 qol buraxıb.