"Barselona" yeni transfer hədəfi kimi "Borussia Dortmund"un belçikalı müdafiəçisi Toma Menyeni seçib.
Fanat.Az xəbər verir ki, informasiya "Mundo Deportivo"ya məxsusdur.
"Blauqrana"nın baş məşqçisi Xavi "Çelsi" ilə müqavilə müddətini artıran Sezar Aspilikuetanı ala bilmədiyinə görə məyus olub.
Bu səbəbdən o, klub rəhbərliyindən Menye ilə əlaqə saxlamağı xahiş edib.
Emin