"Barselona" yenə apreldə bu vəziyyətə düşdü

"Barselona" yenə apreldə bu vəziyyətə düşdü

İspaniya çempionatının 32-ci turunda "Kamp Nou"da "Kadis"ə 0:1 hesabı ilə uduzan "Barselona" ardıcıl ikinci ev məğlubiyyətini alıb.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi bunadək son dəfə 2003-cü ilin aprelində ardıcıl iki ev oyununda uduzmuşdu.

Həmin vaxt "doğma divarlar arası"nda "Deportivo"ya boyun əyən (2:4) İspaniya nəhəngi ardından Çempionlar Liqasında "Yuventus"a yenilərək (1:2) yerli azarkeşləri üzmüşdü.

Qeyd edək ki, "Kadis"lə La Liqa matçından öncə Xavinin komandası Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Ayntraxt"a 2:3 hesabı ilə (ilk oyun - 1:1) yenilərək mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər