"Barselona"nın yarımmüdafiəçisi Karles Alenya "Xetafe"yə keçib.
Fanat.Az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilədəki bəndə əsasən "Barselona" gələcəkdə müəyyən məbləğ ödəyərək Alenyanı geri ala bilər. Eləcə də, 23 yaşlı futbolçu başqa kluba satılacağı halda, əldə edilən gəlirin 50 faizi "Barsa"nın hesabına köçürüləcək.
Alenya "Barselona"nın öz yetirməsidir. O, geridə qalan mövsümün ikinci yarısında "Xetafe"də çıxış edib.
Atilla