"Barselona" vingerini aldığından 3 dəfə ucuz satır

"Barselona" vingerini aldığından 3 dəfə ucuz satır

"Barselona" vingerini satır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə Kataloniya təmsilçisinin portuqaliyalı futbolçusu Fransişku Trinkanı Lissabon "Sportinq"inə satacağını açıqlayıb. 22 yaşlı vingerin Portuqaliya klubuna 10 milyon avroya başa gələcəyi vurğulanıb. Xəbərə görə, Trinkan "Sportinq"lə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalayacaq və sözləşmədə "Barselona"nın geri satınalma hüququ da əksini tapacaq. 

Qeyd edək ki, Fransişku Trinkan "Braqa"nın yetirməsidir. "Barselona" onu məhz bu klubdan, 31 milyon avroya transfer etmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər