"Barselona" "Valensiya"nın yarımmüdafiəçisini istəyir

"Barselona" "Valensiya"nın yarımmüdafiəçisini istəyir

"Valensiya"nın yarımmüdafiəçisi Karlos Soler "yarasalar"ın sıralarını tərk edə bilər.

Fanat.Az  "Sport.es"ə istinadən xəbər verir ki, ispan futbolçu "Barselona"nın diqqət mərkəzinə düşüb.

Xəbərə görə, Xavinin komandasını yarımmüdafiəçilərdən biri tərk edəcəyi halda, onun yerinə Solerin gətirilməsi prioritet hədəfdir.

Kataloniya klubu onu bu yay ala və ya növbəti mövsümün sonunda azad agent qismində heyətinə qata bilər. "Barselona"nın idarəçiləri "Valensiya" rəhbərliyi ilə münasibətləri qorumaq üçün sözügedən futbolçunu cari mövsümün sonunda transfer etməyi daha uyğun variant sayır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər