"Barselona" uruqvaylı müdafiəçisi Ronald Arauxo ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, arxa xətt oyunçusuna "Liverpul" və "Çelsi" ciddi maraq göstərdiyinə görə Kataloniya təmsilçisi vəziyyəti sığortalamaqda qərarlıdır.
Belə ki, indiki anlaşmasının müddəti 2023-cü ilin 30 iyun tarixinədək olan Arauxonun əməkhaqqısının artırılması nəzərədə tutulub.
2019-cu ildən "Barselona"nın uğurları üçün çalışan Ronald bu mövsüm İspaniya Primyerasında 10 oyuna çıxaraq 1 qol vurub.
"Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat