"Barselona" üçün nəhəng müqavilə

"Barselona" üçün nəhəng müqavilə

Maddi sıxıntı yaşayan "Barselona" problemini nəhəng müqavilə ilə azı 3 illik həll edə biləcək.

Fanat.Az RAC1-ə istinadən xəbər verir ki, növbəti mövsüm üçün yeni sponsorla müqavilə bu gün rəsmiləşəcək. Söhbət "Spotify" şirkətindən gedir.

Kataloniya klubunun əsas sponsoru olacaq İsveç musiqi yayımı şirkəti üç mövsüm ərzində Blauqrananın kassasına 280 milyon avro köçürəcək.

Kataloniya radiostansiyası qeyd edir ki, "Spotify" kişi komandalarının köynəklərində "Rakuten"i, qadın komandalarında isə "Stenli"ni əvəz edəcək. Bundan əlavə, bu şirkət həm də məşq köynəyinin arxa tərəfində "Beko"nu əvəz edəcək və klub tarixində ilk dəfə olaraq, "Camp Nou"nun bütün titul hüquqlarına sahib çıxacaq. 

"Spotify"nin baş direktoru Daniel Ek "Barselona" ilə danışıqlara şəxsən rəhbərlik edib. O, böyük futbol azarkeşidir və bir vaxtlar “Arsenal”ı almaq istəyirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər