"Barselona" üçün bəd xəbər

"Barselona" üçün bəd xəbər

İspaniya La Liqanın X turunda "Real Madrid"lə görüşdə zədələnən "Barselona"nın yarımmüdafiəçisi Frenki De Yonqdan (Frenkie de Yonq) xəbər var.

Fanat.Az-ın xəbərinə görə, 24 yaşlı holland futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. 

Məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb. Onun bud nahiyəsində deformasiya olduğu bildirilib.

Xatırladaq ki, görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər