"Barselona" türk vingeri vaxtından əvvəl göndərdi

"Barselona" türk vingeri vaxtından əvvəl göndərdi

"Barselona" Avstriyanın "Rapid" klubundan 2021-ci olin yayında birillik icarəyə götürdüyü Yusuf Demirlə vaxtından əvvəl vidalaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Albert Roje yayıb.

O, bu mövsüm "Barselona" formasıyla ümumilikdə 9 matçda forma şansı qazanan və məhsuldar göstəricilərlə yadda qalmayan 18 yaşlı vingerin artıq Avstriyaya qayıtdığını bildirib. 

Mənbə türk əsilli avstriyalı futbolçunun mövsümün qalan bölümünü "Rapid"də keçirəcəyini vurğulayıb.

Qeyd edək ki, "Barselona" Demirə görə avstriyalılara 500 min avro icarə haqqı ödəmişdi. Kataloniyalıların onu mövsümün sonunda 10 milyon avro ödəyərək transfer etmək hüququ da var idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər