"Barselona" transfer bombasını partlatdı - RƏSMİ

"Barselona" transfer bombasını partlatdı - RƏSMİ
"Barselona” yay transfer dönəminin ilk keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "Mançester Siti”nin hücumçusu Serxio Aquero Kataloniya klubu ilə münasibətləri rəsmiləşdirib.
Klub bu keçidi televiziya kanalı vasitəsilə bəyan edib. Bildirilib ki, 32 yaşlı forvard müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalayıb. Argentina millisinin üzvünün illik məvacibi 5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən formasını geyindiyi "Mançester Siti” ilə dünən yolları ayırıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər