"Barselona" tarixi müqaviləni elan etdi

"Barselona" tarixi müqaviləni elan etdi

"Barselona" və "Spotify" tarixi sponsorluq müqaviləsi imzaladıqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, anlaşma iyuldan etibarən qüvvəyə minəcək və üç il davam edəcək. 

"Barselona" sözügedən şirkətdən 280 milyon avro alacaq. Bunun müqabilində "Spotify" klubun əsas tərəfdaşı və rəsmi audio axını partnyoru olur. Onun brendi gələn 2022/23 mövsümünün əvvəlindən formalar və məşq avadanlıqlarının ön tərəfində olacaq.  Bu sponsorluqla bağlı ən mühüm xəbər odur ki, fəaliyyət göstərdiyi müddətdə "Barselona" stadionu "Spotify Camp Nou" adlanacaq. Bütün bunları aprelin əvvəlində keçiriləcək klub səhmdarlarının yığıncağı təsdiqləməlidir.

Ancaq klubun 2020/21 mövsümünün maliyyə hesabatına əsasən, "Barselona"nın 1,35 milyard avro borcu var. Təkcə ötən mövsümdə 481 milyon avro ziyana uğrayan klubun yeni müqaviləni təsdiqləyəcəyi gözlənilir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər