"Barselona" tarixə düşən türkü transfer etdi - 400 milyon qiymət qoydu

"Barselona" tarixə düşən türkü transfer etdi - 400 milyon qiymət qoydu

"Barselona" Türkiyənin "Kayserispor" komandasının futbolçusu Emre Demiri heyətinə qatıb.

Fanat.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Türkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyən "Barselona" futbolçuya 400 000 000 avro qiymət qoyub.

"Barselona" tarixə düşən türkü transfer etdi - 400 milyon qiymət qoydu

Qeyd edək ki, Emre Demir 15 yaşında "Kayserispor"un forması ilə "Gənclərbirliyi"nin qapısına yol taparaq Super Liqa tarixinin qol vuran ən gənc futbolçusu kimi tarixə düşmüşdü. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər