"Mançester Siti"nin hücumçusu Serxio Aquero "Barselona"nın maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport Italia" kanalının jurnalisti Fabrisio Romano məlumat yayıb.
Onun tvitterdə yaydığı xəbərə görə, "Aqueroya 3 klub müraciət edib. Serxionun istəyi "Barselona"ya keçməkdir. Danışıqlar davam edir. Tərəflər 2023-cü ilədək davam edəcək müqaviləni müzakirə edirlər".
Qeyd edək ki, mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq 32 yaşlı argentinalı azad agent statusu alacaq.
Röya