"Barselona" Şakiradan ayrılan Pike ilə vidalaşır?

"Barselona" Şakiradan ayrılan Pike ilə vidalaşır?

Bugünlərdə rəfiqəsi Şakiradan ayrılan Jerar Pikeyə növbəti zərbə "Barselona"dan dəyə bilər. 

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar ulduz müdafiəçiylə müqaviləni vaxtından əvvəl pozmaq istəyir. 

İddiaya görə, Pikeylə ayrılıq "Barselona"ya büdcədə təxminən 80 milyon avro qənaət etməyə imkan verəcək. 

Qeyd edək ki, bir qədər əvvəl "Deloitte" audit şirkətinin açıqladığı borclu Avropa klublarının siyahısında "Barselona" ilk sıradadır. "Blauqrana"nın borcunun məbləği 1,3 milyard avro təşkil edir.

Pike son İspaniya çempionatında 27 oyun keçirib və 1 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər