İspaniyanın "Barselona" klubuna futbol tarixində ən bahalı anlaşması təklif olunub.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, adı açıqlanmayan şirkət Kataloniya təmsilçisinə ilinə 80 milyon avro qazanmaq imkanı yarada bilər.
Anlaşma baş tutarsa, "Barselona" formasının üzərində, qollarında və məşqçilər üçün geyim dəstində brendin adını daşımalı olacaq.
"Forbes"in məlumatına görə, bu günə qədər ən bahalı sponsorluq anlaşması "Real Madrid" ilə "Fly Emirates" şirkəti arasında olub. Sponsor "Kral klubu"na ilə 75 milyon avro vəsait ödəyib.
Qeyd edək, "Barselona" hazırki sponsoru "Rakuten"dən ilinə 65 milyon dollar (təxminən 57 milyon avro) gəlir əldə edir.
Emin