"Barselona" qovduğu məşqçiyə 4 milyon avro ödəyəcək

"Barselona" qovduğu məşqçiyə 4 milyon avro ödəyəcək

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

Fanat.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı çalışdırıcıya 4 milyon avro ödəyəcək.

Bu, "Barselona"ya dekabrın 20-nə planlaşdırılan dəbbə pulunun ödənilməsi məsələsi ilə bağlı məhkəmə prosesindən yayınmağa imkan verəcək. Daha əvvəl bildirilib ki, Setyen məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro ala bilər.

Qeyd edək ki, Kike Setyen 2020-ci ildə "Barselona"ya rəhbərlik edib. O, "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının oyunundan sonra qovulub

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər