"Barselona"rəsmi saytı vasitəsi ilə 2022/2023 mövsümü üçün nəzərdə tutulan üçüncü geyim dəstini təqdim edib.
Fanat.Az xəbər verir ki, bu formanın dizaynını hazırlayanlar Kataloniyanın ən ali mükafatlarından olan, "Barsa"nın 30 il öncə qazandığı "Sant-Jordi xaçı"ndan ilhamlanıblar.
Sinəsində qırmızı-göy xaç təsviri həkk edilmiş ağ forma "Nike" şirkətinin məhsuludur.
