"Barselona" Qavini istəyənlərin ümidini üzdü

"Barselona" Qavini istəyənlərin ümidini üzdü

"Barselona"nın gənc yarımmüdafiəçisi Qavi klubu ilə müqavilə yeniləməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Mənbə futbolçunun agentinin bu gün "Barsa" rəhbərliyi ilə görüşəcəyini və 17 yaşlı futbolçunun yaxın günlərdə 5 illik müqaviləyə imza atacağını bildirib. Xəbərə görə, yeni anlaşmada orta xətt oyunçusunu Kataloniya təmsilçisindən transfer etmək istəyənlər də nəzərə alınacaq və ona 1 milyard avro qiymət qoyulacaq.

Qeyd edək ki, Qavinin "Barsa" ilə indiki müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. O, son mövsümdə "blauqrana"nın formasıyla 47 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər