"Barselona" prezidentindən Superliqa açıqlaması: "Üzr istəməyəcəyik"

"Barselona" prezidentindən Superliqa açıqlaması: "Üzr istəməyəcəyik"
"Barselona"nın prezidenti Joan Laporta klubun hələ də Avropa Superliqası lahiyəsini dəstəklədiyini açıqlayıb. 
Fanat.Az xəbər verir ki, bu barədə klub rəhbəri ESPN-ə müsahibəsində deyib. 
"Hələ də UEFA ilə danışıqlara başlamaq üçün cəhd edirik. Bu turnirin təşkil etmək istədiyimiz üçün üzr istəməyəcəyik. Biz öz taleyimizin sahibi olmaq üçün UEFA-dan üzr istəməyəcəyik", - deyə Laporta bildirib. 
Qeyd edək ki, aprelin 19-da fəaliyyətə başlayan Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin qısa zamanda artan təzyiqlər nəticəsində "Real Madrid”, "Yuventus” və "Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdi.
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər