"Barselona" yeni hücumçu transfer edib.
Fanat.Az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin hücumçusu Memfis Depayla 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 27 yaşlı Depay 2017-ci ildən Fransanın "Lion" klubunda top qovurdu.
Fanat.Az