"Barselona" rəsmi saytı vasitəsi ilə sabiq hücumçusu - hazırda PSJ-nin formasını geyinən Neymarla bütün məhkəmə çəkişmələrinin sona çatdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu Kataloniya təmsilçisi ilə qarşılıqlı ittihamlara son qoyulması və bir daha tərkrarlanmaması barədə sənəd imzalayıb.
Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə, 222 milyon avro qarşılığında transfer olunub.
Nihat