"Barselona" müdafiəçisini satır

"Barselona" müdafiəçisini satır
"Barselona" müdafiəçisi Xunior Firponu yanvarda satmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Klub Firponu satacağı halda, gənclərdən ibarət komandanın 17 yaşlı müdafiəçisi Alexandro Baldeni  əsas komandaya götürəcək. Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman böyük istedada malik Baldenin start heyət uğrunda inamla mübarizə aparacağına inanır.
Qeyd edək ki, Firpo bu mövsüm "Barsa" forması ilə oyuna çıxmayıb. Onun "İnter" və "Atalanta" kimi klublardan birinə keçmək ehtimalı yüksəkdir.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər