"Barselona"nın futbolçusu Xunior Firpo İngiltərənin "Lids" klubuna keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, La Liqa klubu 24 yaşlı müdafiəçinin transferindən 15 milyon avro əldə edib. Bundan əlavə, "Lids" Firponu satacağı təqdirdə məğləğin 20%-ini "Barselona"ya ödəyəcək.
Qeyd edək ki, ispan futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.
Röya