"Barselona" müdafiəçisi ilə müqaviləni yenilədi

"Barselona" müdafiəçisi ilə müqaviləni yenilədi
"Barselona” futbolçusu Oskar Minqesa ilə müqaviləni yeniləyib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, 21 yaşlı müdafiəçinin sözləşməsi 2023-cü ilin yayına qədər uzadılıb.
 
Müqavilənin şərtlərinə görə, bu müddət ərzində onu heyətinə qatmaq istəyən klub Kataloniya təmsilçisinə 100 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, "Barselona”nın öz yetirməsi olan Oskar Minqesa 2020-ci ildən əsas komandada çıxış edir. Bu mövsüm 34 oyunda meydana çıxan futbolçu 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər