"Barselona"nın müdafiəçisi Samuel Umtiti minimum qışa kimi klubda qalacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "El Mundo Deportivo" yayıb.
Xəbərə görə, futbolçu ilə klub rəhbərliyi arasında danışıqlar baş tutub və razılaşma əldə olunub.
Qeyd edək ki, bir müddət öncə Kataloniya təmsilçisi mərkəz müdafiəçini buraxmaq niyyətində idi, ancaq Umtiti gələ bütün təklifləri rədd edib.
Röya