"Barselona" Levandovskiyə görə bu qədər ödəməyə hazırdır

"Barselona" Levandovskiyə görə bu qədər ödəməyə hazırdır

"Barselona"nın Robert Levandovski üçün "Bayern Münhen"ə ödəmək istədiyi son məbləğ bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "TV3" yayıb. 

Kataloniya klubunun 33 yaşlı hücumçuya görə Almaniya təmsilçisinə 40 milyon avro təklif etməyə hazır olduğu bildirilib.

Daha öncə polşalı ulduzun "Barsa" ilə şifahi razılığa gəldiyi və İspaniya nəhənginin onu 30 milyona transfer etməyə çalışacağı açıqlanmışdı.

Levandovskinin Almaniya klubuyla olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Ön xətt oyunçusu "Bayern"in yeni anlaşma təklifini müddəti və şərtləri onu qane etmədiyi üçün geri çevirib.  

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər