"Barselona" Levandovskini "qoparacağına" inanır - SON DURUM

"Barselona" Levandovskini "qoparacağına" inanır - SON DURUM

"Barselona" "Bayern Münhen"in hücumçusu Robert Levandovskini heyətinə qatmaq üçün bütün imkanlarından istifadə edəcək.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən son vəziyyət barədə informasiya yayıb.

Mənbə Kataloniya klubunun polşalı forvarda 2 və ya 3 illik anlaşma təklif etmək niyyətində olduğunu açıqlayıb. İtaliyalı jurnalist transfer baş tutacağı halda, Levandovskinin müqaviləsində sazişin sonradan uzadılmasının da nəzərdə tutulacağını bildirib.

O, "Bayern"in hücumçunu satmaq istəməməsinə rəğmən, "Barselona" rəhbərliyinin bu keçidin reallaşacağına inandığını vurğulayıb. İspaniya nəhənginin bosslarının daha yaxşı maddi şərtlər fonunda istəyinə çatmaq ehtimalı olduqca yüksək qiymətləndirilib.

Qeyd edək ki, Levandovskinin "Bayern"lə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər