"Barselona" Robert Levandovskinin transferi üçün "Bayern Münhen"ə yeni təklif göndərib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Almaniya nəhənginə 35 milyon avro və müxtəlif bonuslar ödəməyə hazır olduğunu çatdırsa da, rədd cavabı alıb.
Mənbə Münhen klubunun polşalı ulduzu 40 milyon avroya satmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, iş yerini dəyişməkdə qərarlı olan Levandovskinin "Bayern" ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Polşa millisinin forvardı ötən mövsüm Almaniya komandasının heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib.
Nihat