"Barselona" ÇL matçına 5 itki ilə çıxacaq

"Barselona" ÇL matçına 5 itki ilə çıxacaq

"Barselona"nın 5 futbolçusu Çempionlar Liqasının 3-cü turunun "İnter"lə oyunu buraxacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubu "Twitter"dəki rəsmi səhifəsində məlumat yayıb.

Müdafiəçilər Jül Kunde, Ektor Belyerin və Ronald Araujo, yarımmüdafiəçi Frenki de Yonq və hücumçu Memfis Depay qarşıdakı oyunun iştirak ərizəsinə daxil edilməyib. Bu oyunçular zədəlidir. 

Qeyd edək ki, "İnter" - "Barselona" matçı sabah - oktyabrın 4-də baş tutacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər