"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Ronald Kumanla yolların ayrılmayacağını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun rəsmi "Twitter" hesabında başqanın söylədiyi iki cümlə ictimaiyyətə çatdırılıb:
"Biz müəyyən məşvərətlərdən sonra Kumanla əməkdaşlığı davam etdirməyə qərar verdik. Onun müqaviləsinin müddəti bitməyib".
Kuman "Barselona"nı 2020-ci ilin avqustundan çalışdırır. Onun rəhbərlik etdiyi komanda son mövsümdə 79 xal toplayaraq İspaniya Primyerasının bürünc medallarıyla kifayətlənib.
Atilla