"Barselona" baş məşqçisi Ronald Kumanı istefaya göndərə bilər.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub rəhbərliyi onun yerinə namizəd tapdıqdan sonra qərarı icra edəcək.
Kataloniya təmsilçisi holland mütəxəssisin rəhbərliyi altında ancaq İspaniya Kubokunu qazanıb. Lakin Çempionlar Liqasının 1/8 finalını adlaya bilməyən komanda həm də ölkə çempionatında titul şansını itirib.
Ancaq "Barselona"nın hazırda Kumanın yerinə heç namizədi yoxdur.
Röya