"Barselona" Koutinyonu İngiltərə klubuna satdı

"Barselona" Koutinyonu İngiltərə klubuna satdı

İngiltərənin “Aston Villa” klubu “Barselona”nın futbolçusu Filippe Koutinyonu birdəfəlik transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. İngiltərə klubu bu keçidə görə qarşı tərəfə 20 milyon avro ödəyib.

Xatırladaq ki, 30 yaşlı futbolçu cari mövsümün ikinci yarısından icarə əsasında Birmingem klubunda çıxış edirdi. O, “Aston Villa”da keçirdiyi 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər