"Barselona" kapitanı transfer edə bilmədi - SƏBƏB

"Barselona" kapitanı transfer edə bilmədi - SƏBƏB

 "Çelsi"nin kapitanı Sesar Asplikueta "Barselona"ya keçməyəcək.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, buna səbəb Asplikuetanın "zadəganlar"la müqaviləsinin müddətinin avtomotik olaraq, daha bir il uzanmasıdır.

Artıq London klubu 33 yaşlı futbolçuya görə tələb etdiyi pulu ödəyə bilməyən Kataloniya təmsilçisi ilə danışıqlara son qoyub.

Uğursuzluğa rəğmən, "Barsa"nın çalışdırıcısı Xavi sözügedən müdafiəçidən vaz keçməyib. İspaniya nəhəngi İspaniya millisinin üzvünü rənglərinə bağlamaq üçün növbəti fürsəti gözləyəcək.

Qeyd edək ki, Asplikueta 2021/2022 mövsümündə "Çelsi" formasıyla 47 matça çıxıb. Arxa xətt oyunçusu 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər