"Barselona" "Kamp Nou"nu tərk edəcək

"Barselona" "Kamp Nou"nu tərk edəcək

"Barselona" "Kamp Nou"da bərpa işlərinə başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Kataloniyalılar növbəti mövsümü “Kamp Nou”da keçirəcək. Ancaq bir ildən sonra komanda başqa arenaya -  Lyuis Kompani adına Olimpiya Stadionuna köçəcək. Bu səbəbdən “Barselona”nın ev matçlarına tamaşaçı sayı iki dəfə azalacaq. 

Qeyd edək ki, 1957-ci ildə inşa olunan "Kamp Nou" 99 min 354 yerlik tamaşaçı tutumuna malikdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər