"Barselona" İspaniya La Liqasının 3-cü turunun oyunu - bu gün öz meydanında "Valyadolid"ə qarşı keçirəcəyi matç üçün nəzərdə tutulan heyəti açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda Kataloniya təmsilçisinin yeni transferi Jül Kundenin də adı var.
Bir müddət öncə "Barsa"nın ötən ayın sonlarında "Sevilya"dan 50 milyon avroya aldığı Kundeni sifariş edə bilmədiyi barədə informasiyalar yayılmşdı. Müdafiəçinin xidmətindən yararlana bilmək üçün İspaniya nəhənginin maliyyə feyr-pleyinin tələblərinə əməl etmək məcburiyyətində qaldığı, yəni daha 20 milyon avro qazanmalı olduğu bildirilmişdi.
Nihat