"Barselona" İtaliya klubunun cinah müdafiəçisini istəyir

"Barselona" İtaliya klubunun cinah müdafiəçisini istəyir

"Barselona" müdafiənin sağ cinahında rəqabəti artırmaq üçün yeni futbolçu transfer etməyə hazırlaşır.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, bu, "Torino"nun müdafiəçisi Uilfrid Stefan Sinqodur. 

Mənbə Fil Dişi Sahilindən olan oyunçu ilə maraqlanan Kataloniya təmsilçisinin qarşı tərəfə rəsmi təklif göndərməyi planlaşdırdığını bildirib.

2019-cu ildən Turin təmsilçisində çıxış edən Sinqonun klubu ilə olan müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. 21 yaşlı müdafiəçi indiyidək "Torino" forması ilə ümumilikdə 80 matça çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər