"Barselona" istədiyini "Selta"da tapdı

"Barselona" istədiyini "Selta"da tapdı

Müdafiə xəttini gücləndirməyi hədəfləyən "Barselona" bir neçə futbolçunu nəzərdən keçirir.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Selta"nın sol cinah müdafiəçisi Xavyer Qalanla maraqlanır.

Xəbərə görə, baş məşqçi Xavi sözügedən oyunçunun xidmətində şəxsən maraqlıdır və Xavyerin "Barselona"nın əsas heyət üzvünə çevriləcəyinə əmindir. Mənbə "Selta"nın Qalanı satmağı planlaşdırmadığını, lakin kataloniyalılar 18 milyon avro ödəyəcəyi halda, klubunun onunla vidalaşa biləcəyini vurğulayıb.

Qeyd edək ki, 27 yaşlı Qalanın "Selta" ilə olan müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər