"Barselona" rəhbərliyi komandanın müdafiəçisi Serxi Roberto ilə danışıqları dayandırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Cadena Cope" yayıb.
Mənbə daha öncə Robertoya yeni 2 illik müqavilə təklifi edən Kataloniya klubunun nümayəndələrinin rəhbərliyin tapşırığı prosesləri yarımçıq saxladığını vurğulayıb.
Məlumatı futbolçunun təmsilçisi Mariya Orobitq də təsdiqləyib.
Qeyd edək ki, Serxi Robertonun "Barselona" ilə olan müqaviləsinin müddəti gələn ilin 30 iyun tarixinə qədərdir.
Nihat