"Barselona" İngiltərə nəhənginin ulduzunu istəyir

"Barselona" İngiltərə nəhənginin ulduzunu istəyir

"Barselona" heyətini yeni hücumçu ilə gücləndirməkdə maraqlıdır.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Liverpul"un forvardı Sadio Maneyə göz dikib. 

Mənbə "Barselona"nın 30 yaşlı seneqallının transferi üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşdığını vurğulayıb. Xəbərə görə, "Liverpul" mövsümü çempion kimi bitirməyəcəyi halda, bu keçidin baş tutmaq ehtimalı daha böyük olacaq.

"Barselona" İngiltərə nəhənginin ulduzunu istəyir

Mane "Liverpul"a 2016-cı ildə "Sauthempton"dan keçib. Bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyuna çıxan afrikalı forvard 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər