"Tottenhem"in hücumçusu Harri Keyn "Barselona"ya keçməyə hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Ancaq mənbə bildirir ki, Kataloniya təmsilçisinin rəhbərliyi ingilis futbolçunun İspaniya çempionatına adaptasiya ola bilməyəcəyindən ehtiyat edir. Ona görə də 28 yaşlı hücumçunun bu yay "Barselona"ya keçib-keçməyəcəyi sual altındadır.
"Transfermarkt" saytı 28 yaşlı hücumçunun transfer dəyərini 120 milyon avro qeyd edib.
Xatırladaq ki, Harri Keynin "Tottenhem"lə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Röya