"Barselona" hücumçusuna klub tapdı

"Barselona" hücumçusuna klub tapdı

"Barselona" satışa çıxardığı Martin Breytueytə yeni iş yeri tapıb.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, danimarkalı forvardı heyətinə qatmaqda "Malyorka" maraqlıdır.

Xəbərdə 31 yaşlı hücumçu ilə bu yay vidalaşmağı qarşısına məqsəd qoyan Kataloniya klubunun onu "Malyorka"ya təzminatsız buraxmağa hazır olduğu vurğulanıb. 

Qeyd edək ki, Breytueyt 2020-ci ilin fevralından "Barselona"dadır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər