"Barselona"nın hücumçusu Martin Bretveyt bu yay klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es." məlumat yayıb.
Xəbərə görə, danimarkalı futbolçunun xidmətində "Valensiya", "Ves Hem", "Norviç", "Brayton" və rus klubları maraqlıdır.
Adları qeyd olunan klublar 30 yaşlı forvard üçün 15 milyon avro ödəməyə hazırdırlar.
Röya