"Barselona" bu yay Memfis Depayı satmağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" saytı məlumat yayıb.
Xəbərə görə, məşqçilər korpusu hücumda digər namizədlərə üstünlük verdiyi üçün Depay klubdan göndərilə bilər.
Adama Traore, Pyer-Emerik Obameyanq və Ferran Torres kimi futbolçular “Barselona”ya qoşulub.
Bundan əlavə, Kataloniya klubu Dortmund "Borussia"sının hücumçusu Erlinq Holandı öz sıralarına qatmaq üçün mübarizə aparır. Bu səbəbdən Kataloniya təmsilçisi norveçli futbolçu üçün heyətdə yer ayırmağa çalışır.
Qeyd edək ki, Depay 2021-ci ilin yayından "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 16 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Emin