"Barselona" futbolçusuna 400 milyon qiymət qoydu

"Barselona" futbolçusuna 400 milyon qiymət qoydu

"Barselona" Serxi Roberto ilə müqavilənin müddətini uzadıb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə yeni müqavilə 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun sərbəstqalma məbləği 400 milyon avro müəyyənləşdirilib.

Robertonun "Barselona"da qalmaq üçün maaşını illik 12 milyon avrodan 5 milyon avroya endirməyə razı olduğu bildirilir.

Serxi 2010/11 mövsümündə əsas komandada debüt edib. O, kataloniyalılarla 23 kubok, o cümlədən 2 Çempionlar Liqası qazanıb. Müdafiəçi "Barselona"nın heyətində 316 rəsmi oyuna çıxıb, 12 qol vurub və 37 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər