"Barselona" bu həftə La Liqada "Real Madrid"lə sınağına yeni formada çıxacaq.
Fanat.Az "Mundo Derortivo"ya istinadən xəbər verir ki, kataloniyalıların "El Klassiko"da geyinəcəyi formanın üzərində bayquş təsviri əks olunacaq.
Bu qərar kanadalı hip-hop sənətçisi Dreykiin nailiyyəti şərəfinə qəbul olunub. Belə ki, reper "Barselona"nın baş sponsoru olan "Spotify" portalında mahnıları 50 milyard dəfə qulaq asılan ilk sənətçi olub. Buna görə "El Klassiko"da Kataloniya klubunun futbolçularının köynəklərində Dreykin OVO etiketinin simvolu olan bayquş təsvir olunacaq.
Dreyk sosial media hesabında xəbəri təsdiqləyib: “Spotify"da 50 milyard yayımı olan ilk sənətçi olmağım münasibətilə "Barselona" bazar günü "El Klassiko"da OVO bayquşu nümayiş etdirəcək. Bu, inandırıcı görünmür, amma belədir”.
"Real Madrid" - "Barselona" matçı oktyabrın 16-da Madriddə keçiriləcək. Oyun saat 18:15-də başlayacaq.
Mirağa