"Barselona" dünyanın ən böyük klublarından biridir" - Obameyanq

"Barselona" dünyanın ən böyük klublarından biridir" - Obameyanq

Pyer-Emerik Obameyanq "Barselona"ya keçidini şərh edib.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" nəşri qabonlu müdafiəçinin sözlərini belə çatdırır:

“Burada olmaqdan çox məmnunam və xoşbəxtəm. Meydana çıxmaq üçün səbirsizlənirəm. "Barselona" dünyanın ən böyük klublarından biridir. Bu komandada olmaq mənim üçün böyük şərəfdir. Ona görə də “Barselona” ilə müqavilə bağladım. Təcrübəm var. Almaniyada, Fransada, İngiltərədə oynamışam. Bura kömək etmək və komandaya əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm".

Qeyd edək ki, Obameyanqın "Barselona" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub. Sözləşmədə təzminatın məbləği - 100 milyon avro təşkil edir.

Xatırladaq ki, 2021-ci il dekabrında "Arsenal" Obameyanqı ciddi intizam pozuntusuna yol verdiyi üçün kapitanlıqdan məhrum edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər