"Yuventus"un hücumçusu Paulo Dibala "Barselona"nın maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Rudi Qaletti "Twitter" səhifəsində məlumat yayıb.
28 yaşlı argentinalı Turin klubu ilə yeni sözləşmə üçün razılığa gələ bilməyib.
İddiaya görə, Kataloniya təmsilçisinin idman direktoru Mateu Alemani Dibalanın transferində israrlıdır.
Qeyd edək ki, futbolçu 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur. O, bu illər ərzində 198 oyuna çıxıb və 79 qola imza atıb.
Röya